Xəzər Xəbər

Düşmənə məxsus taktiki PUA MƏHV EDİLDİ

Hadisə | 20:08 • 29 İyul 2020
Düşmənə məxsus taktiki PUA MƏHV EDİLDİ

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.


Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti