Xəzər Xəbər

Binəqədidə avtomobil velosipedçini vuraraq öldürüb

Hadisə | 10:15 • 28 İyul 2020
Binəqədidə avtomobil velosipedçini vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi "VAZ 2106” markalı avtomobillə velosipedçi, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti