Xəzər Xəbər

Yabanı halda bitmiş 15 tondan çox çətənə kolu məhv edilib

Hadisə | 15:43 • 9 İyul 2020
Yabanı halda bitmiş 15 tondan çox çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kiloqram çəkidə 38 min 750 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilib.

Xəbər lenti

Çox oxunanlar