Xəzər Xəbər

Xətai rayonunda oğurluqla məşğul olan şəxslər tutulub

Hadisə | 14:37 • 25 Aprel 2020
Xətai rayonunda oğurluqla məşğul olan şəxslər tutulub
Xətai rayonu ərazisində oğurluqla məşğul olan şəxslər tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon ərazisindəki çay evlərinin birindən 950 manat dəyərində modem, səsgücləndirici, elektrik sobası, spirtli içki, bir kafedən 1500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Xəlilov və İ.Quliyev Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Ətraflarında aparılmış tədbirlərlə onların digər bir kafedən 700 manat dəyərində suqızdırıcısı və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.

Bölmənin əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə rayon ərazisindəki mağazaların birindən 80 manat dəyərində tütün məmulatı, bir çay evindən 500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Axundov saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
324 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024