Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Daha bir körpədə koronavirus aşkarlandı

Hadisə | 410 | 18:01 • 3 Aprel 2020
Daha bir körpədə koronavirus aşkarlandı

İranda iki həftəlik körpədə koronavirus aşkarlanıb.

Məlumatı Yəzd əyalətindəki Şəhid Saduki Tibb Elmləri Universitetinin prorektoru Mahmud Nuri Şadkam IRNA agentliyinə verib.

O bildirib ki, universitetin xəstəxanasında doğuş edən və koronavirus simptomları daşıyan qadının körpəsində də virusa rast gəlinib. O, körpəsini 800 qr çəkidə dünyaya gətirib.

Körpə xəstəxanada nəzarətə götürülüb.

Qeyd edək ki, İranda daha əvvəl də bir neçə yeni doğulmuş körpədə infeksiya aşkarlanmışdı.

Son rəqəmlərə görə, ölkədə 50 min 468 nəfər virusa yoluxub./Publika.az

Çox oxunanlar

Neft bahalaşıb
40 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
876 | 17:16 • 19 Aprel 2021