Xəzər Xəbər

Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

Hadisə | 19:27 • 3 Aprel 2020
Apteklərdə saxta məhsul:

Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.

Bu barədə Oxu.Az-a Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.

Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşiölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.

HazırdaAzərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları "95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb.

Xəbər lenti