Xəzər Xəbər

Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs tutulub

Hadisə | 15:39 • 7 Mart 2020
Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs tutulub
Nəsimi rayonunda Bakı şəhər sakini R.Əliyevin içərisində 2800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Abşeron rayonunda evlərin birindən beş min manat dəyərində elektrik avadanlıqları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş O.Cəfərov Kriminalistik Tədqiqatlar İdarəsi və rayon polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti