Xəzər Xəbər

Binəqədi rayonunda pul və qızıl oğurlanıb

Hadisə | 15:09 • 7 Mart 2020
Binəqədi rayonunda pul və qızıl oğurlanıb

Binəqədi rayonu ərazisində mənzildən oğurluq edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon ərazisindəki mənzillərin birindən 330 manat pul və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini A.İsmayılov Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti