Xəzər Xəbər

Axtarışda olan 45 nəfər saxlanılıb

Hadisə | 14:15 • 7 Mart 2020
Axtarışda olan 45 nəfər saxlanılıb

Ötən gün törədilmiş 28 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb, üç nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Xəbər lenti