Xəzər Xəbər

Pirotexnik vasitə uşağın barmaqlarını qopartdı

Hadisə | 17:02 • 31 Dekabr 2019
Pirotexnik vasitə uşağın barmaqlarını qopartdı

10 yaşlı uşağın üç barmağı pirotexnik vasitənin partlaması nəticəsində qopub. Bu barədə "RİA Novosti”xəbər yayıb.

Bildirilir ki, hadisəRusiyanın Kuban əyalətində baş verib.

Həkimləruşağın vəziyyətinin stabil olduğunu, ancaq yeni ilin ilk həftəsini xəstəxanada keçirəcəyini söyləyib.

Qeyd edək ki, sözügedən pirotexnik vasitələr Azərbaycanda da uşaqlar tərəfindən geniş şəkildə istifadə olunur. Xüsusən, bayram ərəfəsində valideynlər yuxarıda qeyd edilən hadisəni görməzdən gələrək, bu cür partlayıcı vasitələri uşaqlarını sevindirmək üçün alırlar. Amma unudurlar ki, 5-10 dəqiqəlik sevinc ömür boyu peşmanlıqla nəticələnə bilər./oxu.az

Xəbər lenti