Gədəbəy rayonunda yol qəzası baş verib.
Hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov, 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev və 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /report