Xəzər Xəbər

Xətai rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə | 16:54 • 18 Dekabr 2019
Xətai rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Xətai rayonunun M.Hadi küçəsində yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova naməlum avtomobillə vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hadisəni törədib qaçmaqda şübhəli bilinən "Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar