Xəzər Xəbər

Kombi sistemi Bakıdakı mənzildə yanğına səbəb oldu

Hadisə | 10:23 • 6 Noyabr 2019
Kombi sistemi Bakıdakı mənzildə yanğına səbəb oldu

Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, K.Rəhimov küçəsində yerləşən hündürmətəbəli binanın 10-cu mərtəbəsində kombi sistemində yaranan nasazlıq yanğına səbəb olub.

Belə ki, mənzilin eyvanında olan kombidə qısaqapanma baş verib. Nəticədə naqillər əriyərək yerdə olan yanar konstruksiyalı əşyaların üzərinə düşüb.

Hadisə zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Əraziyə FHN-nin Nərimanov rayonu üzrə Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib. Bina sakinləri təxliyyə edilib. Alovlar qısa zamanda söndürülüb.

Hadisənin təfərrüatları araşdırılır (Oxu.az).

Rubrikanın digər xəbərləri

Xəbər lenti