Xəzər Xəbər

Bakıda evdən oğurluq edən qadın tutulub

Hadisə | 12:21 • 29 Oktyabr 2019
Bakıda evdən oğurluq edən qadın tutulub

Bakıda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti