Xəzər Xəbər

Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Hadisə | 11:34 • 29 Oktyabr 2019
Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.


Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar