Xəzər Xəbər

Bakıda 47 yaşlı kişinin meyiti tapılıb

Hadisə | 09:25 • 30 Sentyabr 2019
Bakıda 47 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti