Xəzər Xəbər

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

Hadisə | 09:39 • 30 Sentyabr 2019
Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.


Hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.


Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.


Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar