Xəzər Xəbər

Sabirabadda qara yara xəstəliyi yayıldı - 60 yaşlı kişi öldü

Hadisə | 15:35 • 31 İyul 2019
Sabirabadda qara yara xəstəliyi yayıldı - 60 yaşlı kişi öldü

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən  daxil olan məlumata görə, öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb.

Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparmaq qərarına gəliblər.

İyul ayının 25i xəstələr ağır vəziyyətdə KTM-ə yerləşdiriliblər. İyul ayının 29 Xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hal hazırda ikinci xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Sözügedən xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnməyib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
326 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024