Xəzər Xəbər

Sumqayıt bulvarında dənizə düşən gənc qız xilas edilib

Hadisə | 15:37 • 15 İyul 2019
Sumqayıt bulvarında dənizə düşən gənc qız xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sumqayıtdakı Dənizkənarı Bulvarın qeyri-çimərlik ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dərhal hadisə yerinə cəlb olunan müvafiq qüvvələri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Onun 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti