Xəzər Xəbər

Bu şəxs beş ildir tapılmır FOTO

Hadisə | 16:36 • 21 İyun 2019
Bu şəxs beş ildir tapılmır

Qusar rayonu Haçatala kənd sakini, otuz yaşlı Sərxan Heydər oğlu Novruzov beş ildir itkin düşüb.

Sərxan Novruzov 2014-cü ilin avqust ayında evdən çıxdıqdan sonra bir daha geri qayıtmayıb.

Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, onun yerini müəyyənləşdirmək mümkün olmayıb.

Orta bədən quruluşuna malik S.Novruzovun boyu 1 metr 77 santimetrdir.

İtkin düşən şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023) 385-28-03; (023) 385-28-35 şəhər nömrələrinə zəng vuraraq, Qusar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti