Xəzər Xəbər

Bakıda "Mercedes" 75 yaşlı kişini vurub öldürdü

Hadisə | 16:01 • 21 İyun 2019
Bakıda "Mercedes" 75 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Allahverdiyev Vüsal Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Səbail rayonu, Badamdar şosesi 112 saylı ünvanın qarşısında 1944-cü il təvəllüdlü Hüseynov Qəşəm Dadaş oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti