Xəzər Xəbər

Bakıda mənzildə 54 yaşlı kişinin meyiti aşkar edilib

Hadisə | 16:15 • 7 İyun 2019
Bakıda mənzildə 54 yaşlı kişinin meyiti aşkar edilib

Paytaxtın Nərimanov rayonunda mənzildə kişi meyiti aşkar edilib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Xəbər lenti

Çox oxunanlar