Xəzər Xəbər

Nazirlik Bakıda meyiti tapılan sevgililər barədə MƏLUMAT YAYDI

Hadisə | 14:39 • 4 İyun 2019
Nazirlik Bakıda meyiti tapılan sevgililər barədə

Daxili İşlər Nazirliyi Bakıda avtomobili dərəyə aşıran şəxs və onun sevgilisi barədə məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan "Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in "102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi "Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə vaxtı ölən şəxslər sevgili olub. V.Abbasov ailəli, 2 uşaq atası olub. Onun hadisədən əvvəl A.Əliyevanı bıçaqladığı, daha sonra isə maşını qəsdən dərədən aşağı atdığı bildirilir.

Xəbər lenti

Çox oxunanlar