Xəzər Xəbər

Bakıda kafenin qarşısında QANLI DAVA – Xəsarət alanlar var

Hadisə | 14:44 • 4 İyun 2019
Bakıda kafenin qarşısında QANLI DAVA

Sabunçu qəsəbəsində 2 nəfər bıçaqlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub.

A.Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti