Bakıda oğurluq etmiş qadın tutulub.
XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılıb.
Onun ətrafında araşdırma aparılır.