Xəzər Xəbər

Bakı aeroportuna ən böyük sərnişin təyyarəsi endi

Hadisə | 10:32 • 29 May 2019
Bakı aeroportuna ən böyük sərnişin təyyarəsi endi

Bakı aeroportuna ən böyük sərnişin təyyarəsi enib.

XəzərXəbər-in Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən verdiyi məlumata görə, ən böyük sərnişin təyyarəsi "Airbus A380" aeroporta enib.

"Dünyada ən böyük sərnişin təyyarəsi olan "Airbus A380” laynerini qəbul etməyə qadir olan aeroportlar elə də çox deyil. Bu gün baza hava limanımıza Avropa Liqası 2019 çərçivəsində UEFA nümayəndə heyətini gətirən bu sərnişin təyyarəsi eniş edib", - Azərbaycan Hava Yollarının (AZAL) feysbuk səhifəsində deyilir.