Xəzər Xəbər

Qadını öldürüb cəsədini su kanalına atan şəxs tutularaq istintaqa təhvil verilib

Hadisə | 17:06 • 27 May 2019
Qadını öldürüb cəsədini su kanalına atan şəxs tutularaq istintaqa təhvil verilib

Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında mayın 25-də boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyənləşdirilib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti