Xəzər Xəbər

Gəmidə yanğın nəticəsində xəsarət alanlar xarici xəstəxanalara göndərilir

Hadisə | 14:43 • 11 May 2019
Gəmidə yanğın nəticəsində xəsarət alanlar xarici xəstəxanalara göndərilir

İtaliyanın "Saipem” şirkəti "İsrafil Hüseynov” gəmisində baş verən partlayışla əlaqədar yeni məlumat yayıb.


Şirkətdən bildirilib ki, "İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem” şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniyadakı xəstəxanalara çatdırılması "Medevac” xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə "Saipem” tərəfindən təşkil olunacaq. Digər, daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrinin davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar