Xəzər Xəbər

Ziya Bünyadov prospektində qəza - ölən var

Hadisə | 16:25 • 15 Aprel 2019
Ziya Bünyadov prospektində qəza -

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar