Xəzər Xəbər

Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılar

Hadisə | 16:03 • 15 Aprel 2019
Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılar

Bakı sakinindən hədə-qorxu yolu ilə klli miqdarda pul alanlar tutulub.

XəzərXəbər xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar