Xəzər Xəbər

Bakıda evdən qızılla dolu seyf oğurlandı

Hadisə | 13:03 • 15 Aprel 2019
Bakıda evdən qızılla dolu seyf oğurlandı

Bakıda evdən pul və külli miqdarda qızıl oğurlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 400 manat pul və 10.200 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov saxlanılıb.

Tutulan şəxsin ətrafında araşdırma aparılır.

Xəbər lenti