Xəzər Xəbər

İnsan Alveri İdarəsi onları axtarır: Biri qadın, biri kişi... - FOTO

Hadisə | 13:21 • 15 Aprel 2019
İnsan Alveri İdarəsi onları axtarır:

Azərbaycanda insan alveri ilə məşğul olan iki nəfərin barəsində axtarış elan edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən bildirilib.

Məlumata görə, axtarışa verilənlərdən biri Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Xalidə Abbaslıdır.

Xalidə Abbaslının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, Xalidə Abbaslı Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyədə cinsi istismara məruz qoyub.

Bundan başqa, idarə tərəfindən insan alveri ittihamı ilə daha bir kişinin barəsində axtarış elan edib.

Bu Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənovdur.

Səbuhi Həsənovun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilib.

Hər iki şəxsin barəsində axtarış elan edilməsi barədə qərar müvafiq qurumlara göndərilib.

Onların tutulması üçün əməliyyat tədbirləri görülür.

Xəbər lenti