Xəzər Xəbər

Ticarət mərkəzində baş verən yanğın yenidən gücləndi

Hadisə | 12:29 • 26 Mart 2019
Ticarət mərkəzində baş verən yanğın yenidən gücləndi

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.


"Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.


Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

Xəbər lenti

Çox oxunanlar