Xəzər Xəbər

Xətai rayonunda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Hadisə | 10:25 • 27 Fevral 2019
Xətai rayonunda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə binanın 6-cı mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan ikiotaqlı evdə qeydə alınıb. Nəticədə evin bir otağı əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti