Xəzər Xəbər

Evlərə qənim kəsilən oğru tutuldu - FOTO

Hadisə | 14:32 • 16 Fevral 2019
Evlərə qənim kəsilən oğru tutuldu -

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki iki mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum edilən Ramin Ələsgərov olduğu müəyyənləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti