Xəzər Xəbər

BDU-nun qətlə yetirilən 18 yaşlı tələbəsi haqda yeni faktlar - FOTO

Hadisə | 09:39 • 13 Fevral 2019
BDU-nun qətlə yetirilən 18 yaşlı tələbəsi haqda yeni faktlar -
Xəbər verdiyimiz kimi, Şirvan rayonunda qətl hadisəsi törədilib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb. Bu barədə məlumatı "Report" yayıb.

azxeber.com məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, qətlə yetirilən Rəşad Fətullayev BDU Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir.

O 1-ci kursda təhsil alırmış. Rayona da tətillə əlaqədar gedibmiş.

Qətlə yetirilən tələbənin fotoları əldə edilib.

Həmin fotoları təqdim edirik:




Xəbər lenti