Xəzər Xəbər

Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb

Hadisə | 10:34 • 13 Fevral 2019
Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a bildiriblər ki, fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Çox oxunanlar