Xəzər Xəbər

Ağdaşda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Hadisə | 13:02 • 11 Yanvar 2019
Ağdaşda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024
Bakıda 23 yaşlı gənc
Bakıda 23 yaşlı gənc Bıçaqlandı
08:42 • 5 May 2024

Xəbər lenti