Xəzər Xəbər

Bakı metrosunda qatarda problem yaranıb

Hadisə | 09:49 • 27 Dekabr 2018
Bakı metrosunda qatarda problem yaranıb
Bu gün səhər saatlarında Bakı metrosunda qatarlardan birində problem yaranıb.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov XəzərXəbər-ə bildiirb ki, hadisə saat 08:05-də baş verib. Onun sözlərinə görə, "Memar Əcəmi" stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq olub:


"Təlimata uyğun olaraq sərnişinlər qatardan boşaldılıb və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb".

Xəbər lenti

Çox oxunanlar