Xəzər Xəbər

Cəlilabadda 3 otaqlı ev yandı

Hadisə | 09:41 • 27 Dekabr 2018
Cəlilabadda 3 otaqlı ev yandı
Cəlilabad rayonunda yanğın baş verib.


XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar