Xəzər Xəbər

Azərbaycanda 3 yeniyetmə “Mercedes”i qaçırdı POLİS ƏMƏLİYYAT KEÇİRDİ

Hadisə | 15:46 • 30 Noyabr 2018
Azərbaycanda 3 yeniyetmə “Mercedes”i qaçırdı

Zərdabda avtomobil qaçırmış şəxslər tutuluib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da Zərdab şəhəri ərazisindən Çallı kənd sakini Ərzuman Aləşrəfova məxsus "Mercedes” markalı avtomobil qaçırılıb.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri olan 3 yeniyetmə avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar