Xəzər Xəbər

Sevgilisinin cəsədini qaçırdı, 7 il onunla yaşadı, həbsə düşdü Qorxunc eşq hekayəsi

Hadisə | 13:03 • 29 Oktyabr 2018
Sevgilisinin cəsədini qaçırdı, 7 il onunla yaşadı, həbsə düşdü

Yelena de Hoyos gənc və gözəl xanım olub. 1933-cü ildə vərəmə tutulduğu üçün xəstəxanada yatmalı olub. Xəstəxanada işləyən radioloq Karl Tançler Hoyosu görər-görməz ona aşiq olur.

Karl Tançler Hoyos haqqında danışarkən "Röyamda gördüyüm qadın idi. Ona dəfələrlə evlənmək təklifi etdim” fikrini işlədib. Lakin onun təklifi hər dəfə Yelena tərəfindən rədd edilib.

Yelena xəstəxanadan çıxdıqdan sonra bir başqası ilə ailə qurur, amma Karlısın sevgi kölgəsi hər zaman onun başı üzərində olur.

Gözəl və gənc Yelena bir müddət sonra vərəm xəstəliyi səbəbdən vəfat edir.

Tançler isə Yelenanın cəsədini xəstəxanadan qaçırır, yeddi il boyunca onun cəsədi ilə yaşayır. Cəsəd zamanla çürüdüyü üçün Tançler onun üzərində müəyyən dəyişiklik edir.

Məlumata görə, o, röyalın ipləri ilə sümükləri saxlayıb, qadının gözlərinin yerinə şüşə gözlər yerləşdirib, simasını mum ilə işləyib, habelə cürümənin verdiyi qoxunun qarşısını almaq məqsədilə parfümdan istifadə edib.

Taçzler bu işlərlə məşğulkən Yelenanın ailəsi onun cəsədini axtarırmış. Sonda Yelenanın qardaşı Tançlerdən şübhələnir. Tançlerin evinə baxış keçirilir və cəsəd oradan tapılır. Tançler həbs edilir. O, həbsdən çıxdıqdan sonra Yelenanın kuklasını hazırlayır və beləcə yaşamağa davam edir. Tançler bu etdiklərindən bir an belə peşman olmur və hətta xatirələri barədə kitab yazır.

Teleqraf.com

Rubrikanın digər xəbərləri

Xəbər lenti