Xəzər Xəbər

Ofisə qoyulmuş bomba partladı: 3 ölü, 6 yaralı

Hadisə | 12:14 • 5 Oktyabr 2018
Ofisə qoyulmuş bomba partladı: 3 ölü, 6 yaralı

Əfqanıstanda baş vermiş partlayışda üç nəfər ölüb.

XəzərXəbər "Euronews”a istinadla xəbər verir ki, hadisə Əfqanıstanın şərqindəki Nəngərhar vilayətinin Hogyani bölgəsində qeydə alınıb.

Məlumata görə, ərazidəki yardım təşkilatının ofisinə yerləşdirilmiş bomba partlayıb.

Nəticədə üç nəfər dünyasını dəyişib, altı nəfər isə yaralanıb.

Olayla bağlı araşdırma aparılır.

Xəbər lenti