Xəzər Xəbər

İndoneziyada ölü sayı 405 nəfərə çatıb

Hadisə | 10:31 • 30 Sentyabr 2018
İndoneziyada ölü sayı 405 nəfərə çatıb
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 405 nəfərə çatıb.


Bu barədə İndoneziyanın Kommunikasiya və İnformasiya Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ferdinandus Setu məlumat yayıb.


Onun sözlərinə görə, hələlik yalnız Palu şəhərində həlak olanlar barədə məlumat əldə edilir. Bildirilir ki, xilasedicilər hələ də zəlzələnin episentrinin qeydə alındığı Dunqala rayonuna çatmayıblar. Orada təqribən 300 min əhali yaşayır.

Xəbər lenti

Çox oxunanlar