Ağdamda sahədən pamidor yığan 31 yaşlı qadını gün vurub.
XəzərXəbər-in xəbərinə görə, rayonun Çəmənli kənd sakini Sevinc İsmayılova sahədə pamidor yığarkan halı pisləşib. Sevinc İsmayılova təcili-tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada qadının günəşin altında çox qalmaqdan bu vəziyyətə düşdüyü müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.