Xəzər Xəbər

Qanunsuz ov edənlər 5000 manat cərimələndi

Hadisə | 13:08 • 17 Sentyabr 2018
Qanunsuz ov edənlər 5000 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, 14 sentyabr 2018-ci il tarixində keçirilən reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb.


Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.

16 sentyabr 2018-ci il tarixində keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində "Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
324 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024