Xəzər Xəbər

Cəbhədə silahlar bu gecə də susmadı

Hadisə | 10:03 • 5 Sentyabr 2018
Cəbhədə silahlar bu gecə də susmadı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
326 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024