Xəzər Xəbər

Beyləqanda ev yandı

Hadisə | 15:04 • 22 Avqust 2018
Beyləqanda ev yandı
Beyləqan rayonunda ev yanıb.


Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Allahyarlı kəndində ümumi sahəsi 228 kvadratmetr olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti