Xəzər Xəbər

Beyləqanda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Hadisə | 14:19 • 22 Avqust 2018
Beyləqanda ağır yol qəzası:
Avqustun 21-də saat 19 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri Samir Sadıqovun və Nazim Nağıyevin idarə etdikləri "VAZ” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, nəticədə S.Sadıqov hadisə yerində ölüb, N.Nağıyev və 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.


Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti