Bu gün saat 13:20-də
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
mərkəzindən və saat 13:52-də Daxili İşlər Nazirliyinin ″102″
Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz
sahilində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran
rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal
həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Daxili
İşlər Nazirliyinin Lənkəran rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.
Aparılan
təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində
Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd tank əleyhinə mina
(TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin
mərkəzi məhvetmə ərazisinə daşınıb. Minanın tapıldığı yerin ətrafında 1
200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu
aşkarlanmayıb.